"Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət
Misir, Qətər və Səudiyyə Ərəbistanının bir sıra media orqanları İsraildə oktyabrın 27-nə təyin edilən növbədənkənar parlament seçkiləri fonunda Baş nazir Benyamin Netanyahunu sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, N14 telekanalının məlumatına görə, bəzi ərəb şərhçiləri israilli seçiciləri açıq şəkildə Benyamin Netanyahuya səs verməməyə çağırıblar.
Nəşrin iddiasına əsasən, bu kampaniya sağçı hökumətin mövqeyini zəiflətmək və Fələstin dövlətinin yaradılması üçün siyasi şərait formalaşdırmaq məqsədi daşıyır.
Nicat Osmanlı