Netanyahu Türkiyəyə meydan oxudu: “Suriyada buna dözməyəcəyik!”
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin ona təhdid yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
"Biz İsraili təhdid edən Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik. Mesajı açıq şəkildə çatdırdıq. Buna ehtiyac yoxdur. Görünür, bunu kifayət qədər yaxşı eşitməyiblər, ona görə də mesajın daha yaxşı başa düşülməsini təmin etdik”, - deyə baş nazir vurğulayıb.
Aysel Mətləb