Netanyahu İranın uran ehtiyatlarının məhv edilməsini tələb etdi
İsrail İranın malik olduğu bütün zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsində israr edir.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı bəyan edib.
O xatırladıb ki, İsrail daha əvvəl İranın nüvə proqramına ciddi zərər vurub:
“Biz İranın hərbi nüvə potensialını bərpa etməsinə imkan verməməliyik. İranın zənginləşdirilmiş uran ehtiyatları var. Bu ehtiyatlar məhv edilməlidir və BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa olunmalıdır”, - deyə Netanyahu bildirib.
Aysel Mətləb