“Netanyahu gec-tez cavab verəcək” – Numan Kurtulmuş
İsrailin Baş naziri Benyamin Netanyahu və onun hökuməti gec-tez öz əməllərinə görə məsuliyyət daşıyacaqlar.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bildirib
“Netanyahu və onun hökuməti gec-tez öz cinayətlərinə görə beynəlxalq hüquqa uyğun olaraq məsuliyyət daşıyacaqlar”, - deyə o vurğulayıb.
Kurtulmuş əlavə edib ki, Türkiyə məzlumların yolunda hüquq və ədaləti qətiyyətlə müdafiə edəcək.
Aysel Mətləb