Netanyahu Fələstini tanıyan ölkələrə rəsmi cavab verəcək
İsrailin Baş naziri Benyamin Netanyahu, Fələstin Dövlətini tanıyan bütün ölkələrə rəsmi cavab veriləcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, onun sözlərini İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Hendelman “Telegram” vasitəsilə yayıb.
“Biz İordan çayının qərbində Yəhudiya və Samariyada yaşayış məntəqələrinin inşasını ikiqat artırdıq. Bu yolla davam edəcəyik”, - deyə hökumət başçısı əlavə edib.
Aysel Mətləb