Netanyahu ABŞ ilə bağlı: “Sizə bunu göstərmirlər”
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfərini yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, Netanyahu səfərinin “əla keçdiyini” bildirib.
O qeyd edib ki, ABŞ-də İsrailə qarşı nifrət dalğalarından tez-tez bəhs edilsə də, İsrailə sevgi və minnətdarlıq göstərən insanların da çox olduğunu vurğulayıb.
“ABŞ-də İsrailə qarşı nifrət dalğaları barədə daim eşidirsiniz. Amma yəqin ki, sizə sevgi və minnətdarlıq dalğalarından danışmırlar”, - deyə Netanyahu bildirib.
Kübra Musayeva