NATO-nun baş katibi Estoniyadakı təyyarə insidentindən danışdı

NATO-nun baş katibi Estoniyadakı təyyarə insidentindən danışdı
23.09.2025 16:12 Dünya

Şimali Atlantika Alyansı Estoniyadakı döyüş təyyarələri ilə bağlı insidentdə ciddi təhlükə görməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "Sky News" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"Bu gün müzakirə etdiyimiz Estoniyanın hava məkanının pozulması ilə bağlı ən son insident zamanı NATO qüvvələri dərhal təhlükə aşkar edilmədiyinə görə, eskalasiya olmadan təyyarəni ələ keçirib və müşayiət ediblər", - alyansın baş katibi bildirib.

Qeyd edək ki, bundan əvvəl NATO sözçüsü Alison Art Rusiyanın sentyabrın 19-da Estoniyanın hava məkanını pozduğunu bildirmişdi. 

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər