NATO-da pərdəarxası - “Rusiya ilə danışıqlara can atırlar”
Slovakiyanın Baş naziri Robert Fitso NATO ölkələrinin Rusiya ilə dialoqa marağının artdığını bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, iyulun 7-8-də Ankarada keçirilən NATO sammitinin bir çox iştirakçısı Moskva ilə dialoqun bərpasında maraqlı olduqlarını nümayiş etdiriblər.
“Biz əməkdaşlığın və dialoqun tərəfdarıyıq. Müharibənin əleyhinəyik”, - deyə Slovakiya hökumətinin başçısı vurğulayıb.