Müstəqillik Günündə Kiyevə liderlər axını: Böyük tərəfdaşlar qatarla paytaxta gəldi
Ukraynanın Müstəqillik Günündə ölkəyə dövlət və hökumət başçıları, həmçinin Avropa İttifaqının nümayəndələri səfər edib.
TodayPress TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ukraynanın xarici işlər naziri Kiyev dəmir yolu vağzalında Moldova və Estoniya prezidentləri Maya Sandu və Alar Karisi, Lüksemburqun Baş naziri Lük Friden, həmçinin Avropa Şurasının rəhbəri Antonio Koştanı qarşılayıb. Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Endi Börnhəm ilk xarici səfəri çərçivəsində Kiyevə gəlib.
“Ukrayna üçün müstəqillik mücərrəd anlayış deyil. Biz bütün çətinliklərə baxmayaraq onu müdafiə etmişik. Belə dövrlərdə xalqlar öz tərəfində müttəfiqlərinin olmasının nə qədər vacib olduğunu anlayırlar. Bu gün isə biz əsl dostlarımızın kim olduğunu dəqiq bilirik”, – deyə Sibiqa yazıb.
Qeyd edək ki, Ukraynanın Müstəqillik Günü ölkənin əsas dövlət bayramıdır və hər il avqustun 24-də qeyd olunur. Bu tarix 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsi haqqında aktın qəbul edilməsini simvolizə edir.
Qiymət Mahir