Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM

Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM
11.07.2026 19:00 Dünya

Rusiya Starlink peyk rabitəsi ilə işləyən dronlara qarşı yeni elektron mübarizə sistemi hazırlayıb.

TodayPress TV xəbər verir ki, “Volna Kupol Garant” adlanan sistem Starlink peyk rabitəsini pozmaq üçün nəzərdə tutulub.

Məlumata görə, sistem 20 kvadrat kilometrədək ərazini əhatə edə bilir və orta mənzilli pilotsuz uçuş aparatlarının fəaliyyətini məhdudlaşdırmağa imkan verir. Bildirilir ki, bu texnologiya həm cəbhə xəttində, həm də arxa cəbhədə yerləşən hədəflərə qarşı istifadə olunan dronlara qarşı nəzərdə tutulub.

Hazırda sistem əsas logistika mərkəzlərinin mühafizəsində tətbiq edilir. O, 14–14,5 GHz tezlik diapazonunda maneələr yaradaraq Starlink terminalları ilə təchiz edilmiş kamikadze dronların rabitəsini sıradan çıxarmağa çalışır.

Kompleks qoşqulara quraşdırılmış parabola antenalarından ibarətdir. Hər qoşquda iki anten yerləşdirilir və zərurət yarandıqda onlar sökülərək yerüstü vəziyyətdə də quraşdırıla bilir. Ukrayna hərbi mənbələrinin iddiasına görə, indiyədək bu sistemlərdən təxminən 10-u müşahidə olunub.

Xarici tədqiqatçıların araşdırmalarına əsasən, aktiv radioelektron maneə zonasından keçən peyklərin elektron komponentləri zamanla geri dönməz zədələr ala bilər. Eyni zamanda, sistemin təsir dairəsinin tədricən genişləndiyi bildirilir.

İddialara görə, yaxın gələcəkdə sistem onlarla kilometr ərazidə peyk rabitəsinin yuxarı əlaqə kanalını tam sıradan çıxarmaq və ya saxta məlumat paketləri ötürməklə rabitəni pozmaq imkanına malik ola bilər.

Qeyd olunur ki, bu imkan Rusiyaya təkcə cəbhənin ayrı-ayrı sahələrini deyil, həm də geniş əməliyyat və strateji müdafiə zonalarını elektron nəzarət altında saxlamağa şərait yarada bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər