Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var

Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var
18.08.2026 11:00 Dünya

Ukraynalı vinger Mixail Mudrik karyerasını İngiltərədə icarə əsasında davam etdirə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb. 

Bildirilir ki, “Çelsi”nin 25 yaşlı futbolçusunun transferi uğrunda mübarizədə “Koventri Siti” rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayır.

London təmsilçisi Mudriklə daimi əsasda yollarını ayırmağı planlaşdırmır. “Çelsi”də hesab edirlər ki, uzun müddət futboldan uzaq qaldıqdan sonra futbolçuya müntəzəm oyun praktikası lazımdır. Bu səbəbdən klub yalnız icarə variantını nəzərdən keçirməyə hazırdır.

“Koventri”yə vaxtilə “Çelsi”nin baş məşqçisi olmuş Frenk Lempard rəhbərlik edir. İngiltərəli mütəxəssis “zadəganlar”da çalışdığı dövrdə Mudriklə yaxından tanış olub.

“Çelsi” rəhbərliyi həmçinin hesab edir ki, “Koventri”nin oyun üslubu ukraynalı futbolçuya uyğun gələ və uzun fasilədən sonra optimal formasını bərpa etməsinə kömək edə bilər.

Qeyd edək ki, Mudrik 2024-cü ilin noyabrından etibarən rəsmi oyunlarda meydana çıxmayıb. Futbolçu iyulun sonunda məşqlərə və oyunlara qayıtmaq üçün icazə alıb. Bundan sonra “Çelsi”nin mövsümöncəsi Asiya turu çərçivəsində üç qarşılaşmasında iştirak edib.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər