Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq

Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq
18.08.2026 10:03 Dünya

İsveçrə Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirməyə doğru gedir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Cenevrədəki baş konsulu İqor Popov "RİA"ya açıqlamasında bildirib.

“Artıq Rusiya vətəndaşlarına viza verilməsinin sərtləşdirilməsinə yönəlmiş sabit xəttin formalaşdığını qeyd edə bilərik”, – deyə o bildirib.

Diplomatın sözlərinə görə, səfərin məqsədindən asılı olmayaraq, hazırda İsveçrənin Rusiya vətəndaşına viza verəcəyinə heç bir zəmanət yoxdur. Vətəndaşlar çoxsaylı imtinalarla üzləşirlər, viza verildikdə isə yalnız səfərin dəqiq tarixlərinə uyğun olaraq rəsmiləşdirilir.

İyun ayında Rusiyanın İsveçrədəki səfiri Sergey Harmonin də Bern tərəfindən Rusiya vətəndaşlarına viza verilməsi siyasətinin sərtləşdirildiyini bildirmişdi. Harmoninin sözlərinə görə, rusiyalılar İsveçrə tərəfinin əksər hallarda vizaları birdəfəlik və səfər tarixlərinə uyğun verdiyini, çoxdəfəlik vizaların təqdim edilməsinin isə nadir hal olduğunu müşahidə edirlər.

Onun sözlərinə görə, İsveçrə hakimiyyəti bu məsələdə Brüsselin təsiri altına düşüb.

Bundan əvvəl İsveçrənin banklarından biri Rusiya vətəndaşlarının hesablarını bağlamağa başlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər