İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir?

İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir?
18.08.2026 09:12 Dünya

İsveç ötən ilin sonundan etibarən ekipajında Rusiya vətəndaşlarının olduğu beş yük gəmisini saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev "RİA" ya müsahibəsində bildirib.

“2025-ci ilin dekabrından etibarən İsveç hakimiyyəti ümumilikdə beş gəmini saxlayıb. Stokholm bu gəmilərin Rusiyanın xarici ticarət maraqlarına xidmət etdiyindən şübhələnib”, – deyə o bildirib.

Belyayev qeyd edib ki, 2026-cı il ərzində isveçlilər xarici bayraq altında üzən və üçüncü ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə məxsus daha dörd gəmini ələ keçiriblər. Diplomat əlavə edib ki, bununla əlaqədar Rusiyanın İsveçdəki səfirliyi vəziyyətə yalnız həmin gəmilərin ekipajında olan Rusiya vətəndaşlarının qanuni hüquq və maraqlarının müdafiəsi kontekstində müdaxilə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər