Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya

Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya
18.08.2026 10:58 Dünya

"Yaponiya hakimiyyəti Vladimir Putinin Kuril adalarından olan İturup adasına səfəri ilə bağlı açıqlamalarında “ədəb çərçivəsini aşıb”.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Moskvadakı səfirini çağırıb, lakin səfir avqustun 14-də də, 17-də də nazirliyə gələ bilməyəcəyini bildirib.

Lavrov səfirin davranışının “təəccüb doğurduğunu” qeyd edib.

“Əlbəttə, bu, təəccüb doğurur, çünki səfir qarşısıalınmaz enerjisi ilə məşhurdur. Hər halda, biz səfiri çağırmışıq, o, XİN-ə gəlməlidir və biz onun qəbul edən ölkədə öz işini necə qurmalı olduğu, ölkənin qanunlarına hörmət etməsi barədə danışacağıq”, – deyə Lavrov bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər