Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam"

Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam"
11.07.2026 15:15 Dünya

İranın Ali Lideri Müctəba Xamenei atası Əli Xameneinin ölümü ilə bağlı sərt bəyanat verib.

TodayPress TV xəbər verir ki, Xamenei çıxışında atasının və son müharibələrdə həlak olanların qanının qisasının alınacağını bildirib.

"Şəhid liderimizə müraciət edərək deyirəm: Sizin pak qanınızın və bu iki müharibənin bütün şəhidlərinin qanının qisasını bu cinayətkarlardan və şərəfsiz qatillərdən alacağımıza and içirik", – deyə o vurğulayıb.

Xamenei bildirib ki, bu qisas İran xalqının tələbidir və mütləq həyata keçiriləcək.

"Adları hamıya məlum olan bu cinayətkarlar ömürlərinin sonuna qədər rahat ölüm ümidini belə özləri ilə apara bilməyəcəklər. Bu, mənim və ya digər rəsmilərin iştirakından asılı deyil. Biz burada olsaq da, olmasaq da, bu baş verəcək", – deyə o əlavə edib.

Onun sözlərinə görə, yaxın zamanda dünyanın müxtəlif yerlərində "azadlıqsevər insanlar" bu missiyanın həyata keçirilməsində öz üzərlərinə düşən rolu yerinə yetirəcəklər.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər