Moskvaya PUA hücumu oldu

Moskvaya PUA hücumu oldu
22.09.2025 21:30 Dünya

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

TodayPress TV xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.

Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.

O, Moskva istiqamətində uçan 7 PUA-nın məhv edildiyini açıqlayıb.

Vurğulayıb ki, ilkin məlumata görə, dağıntı olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər