Moskvaya getmək istəyənlərin diqqətinə: Bu hava limanları fəaliyyətlərini bərpa etdi
Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
TodayPress TV Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) “Max” platformasındakı kanalına istinadən xəbər verir ki, hər iki hava limanı təyyarələri qəbul etməyə və yola salmağa yenidən başlayıb.
Qeyd olunur ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilmişdi.
Qiymət Mahir