Moskvada ağır yol qəzası: 25 nəfər xəsarət aldı - VİDEO

Moskvada ağır yol qəzası: 25 nəfər xəsarət aldı - VİDEO
10.07.2026 12:10 Dünya

Moskvada ağır yol qəzası  baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası operativ xidmətlərə istinadən məlumat yayıb.

Prokurorluq qəzanın başvermə hallarının müəyyənləşdirilməsini nəzarətə götürüb.

Moskva Nəqliyyat Departamentinin məlumatına görə, "Qazel" markalı yük avtomobilinin sürücüsü hərəkət qaydalarını pozaraq, qəfil avtobusun hərəkət etdiyi zolağa keçib. Toqquşmanın qarşısını almağa çalışan avtobus sürücüsü nəqliyyat vasitəsini səkiyə çıxarıb.

Daha əvvəl 14 nəfərin xəsarət aldığı bildirilirdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər