Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi

Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi
13.07.2026 15:36 Dünya

ABŞ-nin "The New York Times" nəşri İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla bağlı diqqətçəkən iddialar irəli sürüb.

TodayPress TV xəbər verir ki, nəşrin məlumatına görə, İsrail uzun illər Mahmud Əhmədinejadı potensial kəşfiyyat mənbəyi və İranın mümkün gələcək liderlərindən biri kimi qiymətləndirib.

İddia olunur ki, Mossad müxtəlif ölkələrdə onunla gizli təmaslar saxlayıb. Həmçinin 2026-cı ildə baş vermiş İsrail–İran müharibəsi zamanı Əhmədinejadın Tehrandan çıxarılmasına cəhd edilsə də, bu plan baş tutmayıb.

Məlumata görə, İsraillə əlaqələrinin üzə çıxmasından sonra Mahmud Əhmədinejad hazırda ev dustaqlığında saxlanılır.

Qeyd edək ki, bu iddialarla bağlı nə İran, nə də İsrail rəsmiləri rəsmi açıqlama verib.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər