Modi Hindistanın əsas düşmənini açıqladı
Hindistanın Baş naziri Narendra Modi digər ölkələrdən asılılığı ölkənin əsas düşməni adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “TASS” agentliyi yayıb.
“Hindistanın əsas düşməni başqa ölkələrdən asılılıqdır”, - Hindistanın Baş naziri Narendra Modi çıxışı zamanı bildirib.
Modinin sözlərinə görə, Hindistan hakimiyyətinin digər ölkələrdən asılılığın uğursuzluq ehtimalını artırdığını başa düşməsi vacibdir.
O əlavə edib ki, Hindistan çiplərdən tutmuş gəmilərə qədər hər şeyi müstəqil şəkildə istehsal etməlidir.
Baş nazir izah edib ki, bu, ölkənin sabitliyi və rifahı üçün vacibdir.
Orxan Saffari