Minlərlə bombanın bacarmadığını iqtisadiyyat edəcək? – Trampdan Tehrana NÖVBƏTİ ZƏRBƏ

Minlərlə bombanın bacarmadığını iqtisadiyyat edəcək? – Trampdan Tehrana NÖVBƏTİ ZƏRBƏ
22.08.2026 22:45 Dünya

ABŞ Prezidenti Donald Tramp Tehranı müharibəni Amerikanın şərtləri ilə bitirmək üçün razılaşmanı qəbul etməyə məcbur etmək istəyir.

TodayPress TV xəbər verir ki, lider yeni sanksiyaların, dəniz blokadasının və İranın ticarət tərəfdaşlarına qarşı artırılan iqtisadi təzyiqin minlərlə bomba və raketin bacarmadığını reallaşdıra biləcəyinə bel bağlayır:

Lakin ABŞ-nin İranı təslim olmağa məcbur etmək üçün göstərdiyi digər cəhdlər kimi, burada da əsas bir problem var. Həyati əhəmiyyətli Hörmüz boğazına nəzarət etdiyini iddia edən və Fars körfəzi boyunca ard-arda hücum dronları göndərən İran İslam İnqilabı Keşikçiləri Korpusu belə təzyiqlərə qarşı davamlı ola bilər və onun cavab zərbəsi vurmaq üçün çoxlu üsulları var.

Qeyd edək ki, ABŞ-nin göstərdiyi cəhdlərin əsas hissəsi avqustun 24-ü baş tutacaq. Belə ki, ABŞ-nin maliyyə naziri Skott Bessent münaqişəni Yaxın Şərq boyunca qarşılıqlı cavab zərbələrindən tammiqyaslı iqtisadi təcrid mərhələsinə keçirmək üçün nəzərdə tutulmuş planın təfərrüatlarını açıqlamağı vəd edib.

Bu, Çin və Hindistandan tutmuş Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə qədər ölkələrə təsir göstərə biləcək bir kampaniyadır.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər