Merts Ukrayna ilə bağlı onlayn görüş təşkil edəcək

Merts Ukrayna ilə bağlı onlayn görüş təşkil edəcək
11.08.2025 18:26 Dünya

Almaniya hökuməti 13 avqust tarixində Ukrayna məsələsinə həsr olunmuş onlayn görüş keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş Almaniya kansleri Fridrix Mertsin təşəbbüsü ilə təşkil olunur və ABŞ-Rusiya sammitindən öncə baş tutacaq.

Tədbirin məqsədi Ukraynada davam edən münaqişənin mümkün həlli yollarını müzakirə etmək və ABŞ ilə Rusiya arasında gözlənilən danışıqlara hazırlıq çərçivəsində mövqeləri uzlaşdırmaqdır.

Görüşdə bir sıra Avropa ölkələrinin nümayəndələrinin və beynəlxalq təşkilatların da iştirak edəcəyi gözlənilir.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər