Meksikada kartel lideri saxlanıldı, ölkə qarışdı - VİDEO
Meksikada narkokartel liderinin saxlanılması əməliyyatından sonra iğtişaşlar başlayıb.
TodayPress TV xəbər verir ki, Mişoakan ştatında naməlum şəxslər 24-dən çox yolu bağlayıb, yük maşınları və avtobusların hərəkətini dayandırıb, avtomobilləri yandırıblar.
Ölkə Prezidenti Klaudiya Şeynbaum iğtişaşların təhlükəli şəxslərin saxlanılması əməliyyatı ilə bağlı olduğunu bildirib.