Meksika körfəzində TƏHLÜKƏLİ QASIRĞA: “Eduard” ABŞ-yə yaxınlaşır

Meksika körfəzində TƏHLÜKƏLİ QASIRĞA: “Eduard” ABŞ-yə yaxınlaşır
02.09.2026 05:20 Dünya

Tropik “Eduard” qasırğası Meksika körfəzinin şərq hissəsində formalaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğaları Müşahidə Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, “Eduard” Luiziana ştatının Kameron şəhərindən təxminən 45 km, Texas ştatının Port-Artur şəhərindən isə 80 km məsafədə yerləşir.

Qasırğa saatda təxminən 13 km sürətlə şimal-qərb istiqamətində hərəkət edir, təbii fəlakət zonasındakı maksimum sabit küləyin sürəti saniyədə təxminən 23 metrdir.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər