Makron villasını 3,6 milyon avroya satdı
Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron Fransanın şimalında yerləşən kurort bölgəsi Le-Tuke-Pari-Plajda yerləşən villalarını 3,6 milyon avroya satıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Le Canard Enchaine" qəzeti məlumat verib.
“Paris notariusunun ofisində Bricit Makron ailə evini Le-Tukedə satmaq barədə müqaviləni imzalayıb. Satış müqaviləsinə əsasən, əməliyyat 3,6 milyon avro məbləğində həyata keçirilib”, - deyə məqalədə qeyd olunub.
Qəzetin məlumatına görə, villanı Oxial inkişaf şirkəti alıb. Planlaşdırılır ki, bina premium seqmentli mağazaların yerləşdiyi kommersiya obyektinə çevrilsin.
Töhfə Səməd