Maduro Trampı sülhə çağırdı
Venesuela Prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı müharibələri dayandırmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "CNN"ə açıqlama verib.
“Artıq bəsdir. Ədalətsiz müharibələr bitsin. Liviya bəsdir, Əfqanıstan bəsdir", - deyə Maduro bildirib.
O vurğulayıb ki, sülhün əldə edilməsi üçün ABŞ xalqı Venesuela ilə birləşməlidir.
Xatırladaq ki, "The Atlantic" nəşri daha əvvəl müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə Maduronun ABŞ ilə razılıq əsasında könüllü istefaya gedə biləcəyini yazmışdı.
Aysel Mətləb