Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı

Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı
19.08.2026 16:17 Dünya

Macarıstan Ali Məhkəməsinin keçmiş sədri Andraş Baka rəsmi olaraq ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.

TodayPress TV xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar sosial media hesabında Baka ilə bağlı paylaşım edib və ona fəaliyyətində uğurlar arzulayıb.

73 yaşlı Andraş Baka avqustun 8-də hakim Tisza partiyası tərəfindən prezidentliyə namizəd göstərilmişdi. O, 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinə rəhbərlik edib. Bundan əvvəl isə 17 il Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi çalışıb.

Avqustun 11-də Macarıstan Parlamenti Baka-nı prezident seçib. Gizli səsvermədə 140 deputat onun namizədliyini dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 53 deputat isə səsvermədə iştirak etməyib.

Baka prezident kimi “macar xalqının birliyi və demokratik, Avropa Macarıstanı” üçün çalışacağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər