Macarıstan prezidenti qanunu imzalamasa, impiçment başlayacaq

Macarıstan prezidenti qanunu imzalamasa, impiçment başlayacaq
17.07.2026 08:07 Dünya

Macarıstan Prezidenti Tamaş Şuyok parlamentin qəbul etdiyi Konstitusiyaya 17-ci düzəlişi iyulun 18-dək imzalamalıdır. Əks halda, prezidentə qarşı impiçment prosedurunun başlanması gündəmə gələ bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Peter Madyar Budapeştdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, prezidentə qanunu imzalamaq və ya Konstitusiya Məhkəməsinə göndərmək üçün qanunla nəzərdə tutulan beş günlük müddət 18 iyulda başa çatır.

Madyar qeyd edib ki, prezident sənədi yalnız parlamentdə qəbul prosesi zamanı prosedur pozuntusu aşkar edərsə Konstitusiya Məhkəməsinə göndərə bilər. O isə belə bir əsasın olmadığını düşündüyünü bildirib və Şuyokun bu addımı atmayacağına ümid etdiyini deyib.

Baş nazir vurğulayıb ki, əgər prezident qanunu imzalamasa və əsassız şəkildə Konstitusiya Məhkəməsinə göndərsə, hökumət buna uyğun hüquqi addımlar atacaq. Bundan əvvəl Magyar parlamentdə prezidentə qarşı impiçment prosesinin başlana biləcəyini də açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər