Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə hədiyyə etdiyi revolver bütün zəruri prosedurlar tamamlandıqdan sonra muzeyə təhvil veriləcək.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Avropa Komissiyasından bildirilib ki, silah istifadəyə yararsız vəziyyətə salınacaq. Bunun üçün onun zərbə mexanizmi çıxarılacaq və lüləsi deşiləcək. Daha sonra revolver saxlanılması üçün muzeyə göndəriləcək.
Ursula fon der Lyayen hədiyyəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib və bütün prosedurlar başa çatdıqdan sonra onu muzeyə təqdim etməyi planlaşdırdığını bildirib.
Kübra Musayeva