Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşdü

Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşdü
25.09.2025 12:07 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Belarusun dövlət informasiya agentliyi “BelTA” məlumat yayıb.

Bildirilib ki, sentyabrın 25-i günortadan sonra Lukaşenko Moskvada Rusiyanın atom sənayesinin 80 illiyinə həsr olunmuş və “Yeni texnoloji quruluşdan yeni dünyagörüşünə doğru” devizi altında keçirilən “Qlobal Atom Forumu”nda iştirak edəcək.

Bundan əlavə, Lukaşenko Putinlə görüşü zamanı ikitərəfli münasibətləri, beynəlxalq və regional gündəliyi müzakirə etməyi planlaşdırır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər