Rusiyanın bağladığı qapılar Belarusda açıldı - Miqrantlara ŞAD XƏBƏR
Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistandan olan əmək miqrantlarını ailələri ilə birlikdə Belarusda işləməyə dəvət edib.
TodayPress TV xəbər verir ki, bu barədə Belarus KİV-i məlumat yayıb.
Lukaşenko bildirib ki, ölkədə özbəklərə çox yaxşı münasibət göstərilir və onların Belarusda yaşaması, işləməsi üçün hər cür şərait mövcuddur.
O qeyd edib ki, əmək miqrantlarının ailələri ilə birlikdə gəlməsi həm onların cəmiyyətə daha rahat inteqrasiyasına, həm də ölkənin əmək bazarının ehtiyaclarının qarşılanmasına kömək edəcək.