Litva Prezidentinin təyyarəsi eniş edə bilmədi
Litva Prezidenti Gitanas Nausedanın təyyarəsi Vilnüsdə dərhal eniş edə bilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.
Bildirilib ki, təyyarə təxminən 30 dəqiqə hava limanı üzərində dövrə vurub. Buna səbəb isə hava limanı ətrafında pilotsuz uçuş aparatı olması barədə məlumatların yayılması olub.
Aysel Mətləb