Leninqradda daha 6 nəfər zəhərlənərək öldü

Leninqradda daha 6 nəfər zəhərlənərək öldü
27.09.2025 11:51 Dünya

“Mash na Moike” Telegram kanalının məlumatına görə, Leninqrad vilayətində yeni metil spirti zəhərlənməsi baş verib.

TodayPress TV xəbər verir ki, ölənlərin sayı 25-ə çatıb.

Ölən şəxslərin hər biri Volosovski rayonunda yaşayırdı və evlərində ölü tapılıb. Onların əksəriyyəti sentyabrın 10-dan 17-dək dünyasını dəyişib. Məhkəmə ekspertizası mərhumların hər birinin qanında metil spirtinin olduğunu təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 26-da Leninqrad vilayətinin Qostintsı kəndində və Slantsı şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmənin baş verdiyi, nəticədə 19 nəfərin öldüyü bildirilirdi. 

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər