Leninin heykəlinin yerinə o ucaldılacaq: Moskva üçün "arzuolunmaz" şəxsin abidəsi qoyulur

Leninin heykəlinin yerinə o ucaldılacaq: Moskva üçün "arzuolunmaz" şəxsin abidəsi qoyulur
22.08.2026 14:34 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə Kiyevdə hetman İvan Mazepanın abidəsinin yaradılması üçün müsabiqə keçirilməsini tapşırıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı müvafiq sərəncam Ukrayna liderinin saytında dərc olunub.

“Ukraynanın hetmanı İvan Mazepanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ukrayna Nazirlər Kabinetinə abidənin ən yaxşı eskiz layihəsinin hazırlanması üçün açıq müsabiqə təşkil etməyi tapşırıram”, – deyə sənəddə bildirilir.

Qeyd olunur ki, abidənin layihələndirilməsi və hazırlanmasında Kiyev administrasiyası da iştirak edəcək. Administrasiyaya abidənin yerləşdiriləcəyi ərazi və onun quraşdırılması məsələsini həll etmək tapşırılıb.

Eyni sərəncamla Zelenski abidənin yaradılması üçün müvafiq maliyyələşmənin təmin edilməsini də tapşırıb.

Sonda Zelenski bildirib ki, Kiyevdə sökülmüş Vladimir Lenin abidəsinin yerində hetman İvan Mazepanın abidəsi ucaldılmalıdır.

Qeyd edək ki, İvan Mazepa Zaporojye qoşunlarının hetmanı olub.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər