Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"...
Ukrayna Rusiya qazını Türkiyəyə tədarük edən "Mavi Axın" qaz kəmərinin infrastrukturuna müntəzəm olaraq hücumlar həyata keçirir.
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Moskva Ankaranın bu cür hərəkətlərə sərt qiymət verməsini və Ukrayna tərəfinə müvafiq siqnal göndərməsini gözləyir.
O, xatırladıb ki, “Mavi Axın” Rusiya təbii qazının Türkiyəyə tədarükü üçün əsas marşrutlardan biridir və onun infrastrukturuna hər hansı bir təhdid narahatlıq doğurur.
Jalə Rövşən
Ukrayna
Rusiya qazı
"Mavi Axın" qaz kəməri
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Türkiyə
Jalə Rövşən
Todaypress.tv