Kreml Zelenski–Putin danışığı ilə bağlı xəbərləri təkzib etdi
Dünya
29.12.2025 15:48
Kreml Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün danışıqlarla bağlı yayılan məlumatlara münasibət bildirib.
TodayPress TV "RBC Ukrayna" ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov hazırda Zelenski ilə Putin arasında telefon danışığına dair heç bir planın olmadığını deyib.
Onun sözlərinə görə, Qərb mediasında yayılan bu cür iddialar reallığı əks etdirmir.
Peskov eyni zamanda bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının yaxın vaxtlarda baş tutması gözlənilir.
Kremlin sözçüsü Rusiyanın atəşkəs mövqeyini də açıqlayıb. O qeyd edib ki, Moskvanın əsas şərti Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılmasıdır.
Xatırladaq ki, bəzi Qərb KİV-ləri Tramp və Zelenski arasında keçirilən görüşlərin Zelenski ilə Putin arasında mümkün əlaqəyə zəmin yarada biləcəyi barədə məlumatlar yayıb. Kreml isə bu iddiaları təkzib edib.
Jalə Rövşən
tag: Volodimir Zelenski ,Vladimir Putin ,Danışıq ,Rusiya ,Dimitri Peskov ,Todaypress.tv,
