Kreml hərəkətə keçir - Ukraynaya zərbələr güclənəcək
Rusiya Ukraynaya və ölkənin infrastrukturuna qarşı hücumların intensivliyini artırmağı nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Moskva Rusiya-Ukrayna danışıqlarının dalana dirəndiyini düşünür və yeni eskalasiyaya hazırlaşır.
Məlumata əsasən, Rusiya xüsusilə Kiyev və Ukraynanın mühüm infrastruktur obyektlərinə ballistik raket zərbələrinin sayını artırma ehtimalını nəzərdən keçirir.
Bildirilir ki, Prezident Vladimir Putin Qərbin tətbiq etdiyi sanksiyalara və Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi hücumlara baxmayaraq, müharibəni dayandırmaq niyyətində deyil.
Kübra Musayeva