Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı
Küveytdə elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyası İran tərəfindən həyata keçirilən hücum nəticəsində zədələnib, obyektdə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə əmirliyin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi məlumat yayıb.
"Küveyt Dövlətinin üzləşdiyi İran təcavüzü nəticəsində elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyalarından biri hücuma məruz qalıb. Bu, infrastrukturun zədələnməsinə, yanğının baş verməsinə və çox sayda enerji blokunun sıradan çıxmasına səbəb olub", — deyə nazirliyin bəyanatında bildirilir.
Nicat Osmanlı