Körfəzdə gizli diplomatiya: Danışıqlara Qətər və Pakistan vasitəçilik edir

Körfəzdə gizli diplomatiya: Danışıqlara Qətər və Pakistan vasitəçilik edir
10.07.2026 13:20 Dünya

ABŞ və İran arasında son qarşılıqlı zərbələrdən sonra gərginliyin azaldılması istiqamətində qapalı diplomatik təmaslar davam edir.

TodayPress TV xəbər verir ki, CNN-in ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton və Tehran Pakistan və Qətərin vasitəçiliyi ilə eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparır.

Məlumata görə, ABŞ hərbi əməliyyatlarla yanaşı diplomatik kanalları da açıq saxlamağa çalışır. Bildirilir ki, Vaşinqton zərbələrdən sonra gərginliyin artmaması üçün fasilələr verir, eyni zamanda zərurət yaranacağı halda bu axşam yeni hücumlara hazırdır.

“Axios” nəşri isə yazır ki, ABŞ Prezidenti Donald Tramp amerikalılar tərəfindən dəstəklənməyən münaqişədən çıxış yolu axtarır.

Məlumata görə, Pakistan və Qətər tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün vasitəçilik səylərini davam etdirir. Vasitəçilər hesab edirlər ki, Hörmüz boğazı ətrafında baş verən son İran hücumları ölkə daxilində Qarşılıqlı Anlaşma Memorandumuna qarşı çıxan və onun həyata keçirilməsinə mane olmağa çalışan qüvvələrin təşəbbüsü olub.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər