Hindistan Qara dənizə girir: Moskvaya TƏKLİF

Hindistan Qara dənizə girir: Moskvaya TƏKLİF
04.10.2026 18:41 Dünya

Hindistan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dəstək verməyə hazırdır.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Münxen Təhlükəsizlik Konfransında bildirib ki, ölkəsi Rusiya və Ukraynanın taxıl və enerji ixracı ilə bağlı problemlərinin həllinə, eləcə də mümkün hücumların qarşısının alınmasına töhfə verməyə çalışır.

“Biz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsindən başlayaraq faydalı olmağa çalışırıq. Lakin bununla məhdudlaşmırıq”, – deyə nazir qeyd edib.

Caişankar Rusiya-Hindistan münasibətlərinin də yeniləndiyini və hazırda daha çox iqtisadi xarakter daşıdığını bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər