Kiyevdə PUA həyəcanı: 9 mərtəbəli bina vuruldu, yanğın başladı
Rusiya Silahlı Qüvvələrinin Kiyevin Qoloseyev rayonunda 9 mərtəbəli yaşayış binasını atəşə tutması nəticəsində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Kiyev meri Vitali Kliçko “Telegram” kanalındakı açıqlamasında təsdiqləyib.
Məlumata görə, Kiyevdə PUA hücumu ilə əlaqədar hava həyəcanı elan edilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının ilkin məlumatına görə, atəşə tutulma nəticəsində Qoloseyev rayonunda 9 mərtəbəli yaşayış binasına ziyan dəyib.
Daha sonra Kliçko binanın 4-cü mərtəbəsindən 9-cu mərtəbəsinədək hissəsində yanğın baş verdiyini açıqlayıb.
Aysel Mətləb