Kiyev Qərbdən 10 illik təminat istəyir
Ukrayna müharibədən sonra ordusunu 800 min nəfər səviyyəsində saxlamaq üçün Qərbdən uzunmüddətli maliyyə dəstəyi istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın yüksək vəzifəli mənbəsi AFP-yə bildirib.
Mənbənin sözlərinə görə, Kiyev müharibədən sonrakı dövrdə 800 min nəfərlik ordunun saxlanılması üçün Qərb ölkələrindən ən azı 10 il maliyyə dəstəyi tələb edir.
Qeyd olunub ki, bu məsələ Əbu-Dabidə davam edən danışıqlar fonunda gündəmə gəlib.
Jalə Rövşən