KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib
Rusiyanın iqtisadiyyatı Ukraynaya qarşı uzunmüddətli müharibə fonunda ciddi təzyiq altına düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Times” yazıb.
Məlumata görə, maliyyə dairələrinin nümayəndələri Rusiyada əhalinin rifahının uzunmüddətli azalması ilə yanaşı, Kreml üçün siyasi risk yarada biləcək sosial böhran ehtimalından da narahatdırlar.
Müharibənin uzanması Rusiyanın iqtisadi imkanlarını getdikcə məhdudlaşdırır. Hərbi xərclərin artması isə iqtisadiyyat üzərində əlavə yük yaradır.
Türkan İsgəndərli