KİV: ABŞ Ukraynaya danışıqlar üçün təzyiq edə bilər

KİV: ABŞ Ukraynaya danışıqlar üçün təzyiq edə bilər
31.05.2025 10:30 Dünya

ABŞ Ukraynaya Rusiya ilə iyunun 2-də keçiriləcək danışıqlarda iştirak etməsi üçün təzyiq göstərə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Bildirilir ki, danışıqlar üçün şərtlərdə razılaşma olmadığı üçün Ukrayna çətin vəziyyətə düşüb və Vaşinqtonun təsiri ilə bu danışıqlara qoşulmağa məcbur ola bilər.

Buna baxmayaraq, Ukrayna yalnız Rusiyanın əvvəlki şərtləri əsasında danışıqlara başlamaq istəmir.

Qeyd edək ki, danışıqların iyunun 2-si Türkiyədə baş tutması gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər