Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın"

Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın"
11.07.2026 13:34 Dünya

Şimali Koreya nüvə silahından imtina məsələsinin artıq gündəmdə olmadığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) açıqlamasında bildirib.

Açıqlamada qeyd olunub ki, ABŞ, Yaponiya və Cənubi Koreyanın Şimali Koreyanın nüvə silahından imtina etməsi ilə bağlı çağırışları artıq aktuallığını və praktik əhəmiyyətini itirib. Bildirilib ki, bu cür bəyanatlar ölkənin statusuna heç bir təsir göstərə bilməz.

Pxenyan hesab edir ki, nüvə silahından imtina məsələsi ilk növbədə Yaponiya və Cənubi Koreyanın nüvə silahı əldə etmək planlarına, həmçinin ABŞ-ın nüvə silahının birgə istifadəsi mexanizmlərində iştirak edən NATO ölkələrinə aid olmalıdır.

Qeyd edək ki, iyun ayında Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin rəsmisi Kim Yo Conq ölkəsinin nüvə silahından imtina ilə bağlı heç bir güzəştə getməyəcəyini və ölkənin təhlükəsizliyini təmin etmək üçün hərbi güc balansını qorumaqda israrlı olduğunu bildirmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər