Kılıçdaroğlu Özəli iki gün sonra “yeyəcək” — Hazırkı sədr qovulacaq

Kılıçdaroğlu Özəli iki gün sonra “yeyəcək” — Hazırkı sədr qovulacaq
10.07.2026 11:47 Dünya

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) rəhbərlik dəyişikliyi ilə bağlı yeni iddialar gündəmə gəlib.

TodayPress TV xəbər verir ki, TGRT telekanalında çıxış edən jurnalist Mustafa Yavuz Kemal Kılıçdaroğlunun partiya rəhbərliyi ilə bağlı yeni addımlar atacağını iddia edib.

Onun sözlərinə görə, bazar ertəsi CHP-də qrup rəhbərliyi üzrə seçkilər keçiriləcək.

Yavuz iddia edib ki, Kamal Kılıçdaroğlu partiyanın sədri Özgür Özəli və qrup sədr müavinlərini vəzifədən uzaqlaşdıracaq, lakin onların yerinə dərhal yeni təyinat etməyəcək.

Jurnalist Mehmet Faraç da bu iddiaları təsdiqlədiyini bildirərək, Özgür Özəlin yerinə gətiriləcək yeni qrup rəhbərinin artıq müəyyənləşdiyini deyib.

Faraç həmin şəxsin CHP-də uzun illərdir fəaliyyət göstərən tanınmış simalardan biri olduğunu iddia edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər