Kəşmirdə polis məntəqəsində partlayış: 7 ölü, 27 yaralı

Kəşmirdə polis məntəqəsində partlayış:  7 ölü, 27 yaralı
15.11.2025 12:32 Dünya

Noyabrın 14-ü gecə saatlarında Hindistanın nəzarətində olan Kəşmirdə polis məntəqəsində müsadirə edilmiş çoxlu sayda partlayıcının partlaması nəticəsində azı 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "NDTV" məlumat yayıb.

Bildirilir ki, ölənlərin əksəriyyəti polis idarəsində saxlanılan partlayıcı maddələrə baxış keçirən polis əməkdaşları və məhkəmə-tibb ekspertləridir.

Ölənlərin sayı arta bilər, beş yaralının vəziyyəti hələ də ağırdır.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər