Kərtənkələni vurmaq istədi, arvadını öldürdü!

Kərtənkələni vurmaq istədi, arvadını öldürdü!
04.09.2026 05:20 Dünya

Braziliyada kişi bağ evində kərtənkələni qovmağa çalışarkən təsadüfən arvadını güllələyib, qadın həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Metropoles” nəşri məlumat yayıb.

Hadisə Kaseres şəhərində baş verib. 66 yaşlı kişi 78 yaşlı həyat yoldaşı Ana Leyte Kaminyo ilə birlikdə bağ evində olarkən qadın toyuq hinində yumurta yeyən tequ kərtənkələsini görüb və ərindən heyvanı qovmasını istəyib.

Kişi 28 kalibrli ov tüfəngini götürüb və evdən çıxmadan atəş açıb. Bu zaman həyat yoldaşı qapının qarşısından keçib və güllə onun başına dəyib.

Hadisədən sonra kişi kömək üçün qonşusuna zəng edib. Qonşu gəlib və onlar birlikdə yaralını avtomobilə yerləşdirərək xəstəxanaya aparıblar. Yolda qadını təcili yardım avtomobilinə köçürüblər, lakin onu xilas etmək mümkün olmayıb.

Atəş açan şəxs həbs edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər