Keçmiş Kuba Prezidentinin nəvəsi ABŞ-nin SANKSİYA SİYAHISINDA
ABŞ Maliyyə Nazirliyi Kubanın keçmiş Prezidenti Raul Kastronun nəvəsi Fidel Ernesto Kastro Kalisa qarşı sanksiya tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Sanksiya siyahısına Kubanın Xarici Ticarət Bankı, həmçinin təbii sərvətlər və enerji sahələrində fəaliyyət göstərən dörd təşkilat daxil edilib.
ABŞ dövlət katibi Marko Rubio yazılı bəyanatında sanksiyaya məruz qalan şəxslərin və təşkilatların “ABŞ-nin milli təhlükəsizliyinə təhdidlər”lə əlaqəli olduğunu bildirib.
Aysel Mətləb