Kazan hava limanı təyyarələrin eniş və uçuşunu dayandırdı
Kazan hava limanı təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyakonun Teleqram kanalında məlumat verilib.
"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır", - Moskva vaxtı ilə saat 6:39-da dərc edilən bəyanatda deyilir.
Qeyd edək ki, bundan bir qədər əvvəl Həştərxan və Volqoqrad hava limanlarında təyyarələrin gəlişi və gedişi dayandırılmışdı.
Orxan Saffari